“Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi üzrə” təlimlərə start verilib

“Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” 21 iyun 2021-ci il tarixindən etibarən Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Pedaqoji heyət üçün Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi üzrə” və “İnzibati-idarəetmə heyəti üçün Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi üzrə” təlimlərinə start verdi. Təlimlərin auditoriyasını ümumi təhsil müəssisələrinin pedaqoji heyəti və ümumi təhsil müəssisələrinin inzibati-idarəetmə heyəti təşkil edir.
 

Təlimlərin əsas məqsədi müvafiq olaraq pedaqoji və inzibati-idarəetmə heyətini Elektron jurnal və gündəlik sistemi platformasının istifadə bacarıqlarına yiyələndirməkdir.

Qeyd edək ki, MS Teams platformasında baş tutan təlimlərə 125 təlimçi cəlb olunmuşdur.

Növbəti postlar

90+ Bal Toplayan Müdavimlər!

@edugovaz və ITE tərəfindən keçirilən “ICDL Komanda İşi” beynəlxalq sertifikasiya imtahanında yüksək nəticə qazanan...

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...