Müəllimlər üçün Rəqəmsal Savadlılıq + ICDL kompüter və onlayn əsaslar imtahan

120.00 AZN
Müddəti

12 tədris günü, 18:30-21:30

Cədvəl

Dil

az

Məkan

MS Teams

Müasir təhsil mühitində rəqəmsal bacarıqlar müəllimin peşəkar fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. Müəllimlər üçün Rəqəmsal Savadlılıq təlimi müəllimlərin beynəlxalq səviyyədə tanınan ICDL (International Certification of Digital Literacy) proqramının ICDL kompüter və onlayn əsaslarmodulu üzrə bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

 

Təlim iştirakçılara kompüterdən səmərəli istifadə, əməliyyat sistemi ilə işləmə, fayl və qovluqların idarə edilməsi, internetdən təhlükəsiz və məqsədyönlü istifadə, elektron poçt, onlayn əməkdaşlıq və kibertəhlükəsizlik sahəsində praktiki bacarıqlar qazandırır.

 

Proqram beynəlxalq ICDL standartlarına uyğun hazırlanmışdır və müəllimlərin gündəlik pedaqoji fəaliyyətində rəqəmsal texnologiyalardan daha effektiv istifadə etməsinə dəstək verir. Təlim zamanı mövzular real nümunələr, praktik tapşırıqlar və sınaq testləri ilə izah edilir, iştirakçılar ICDL sertifikat imtahanına hazırlıq istiqamətində sistemli şəkildə istiqamətləndirilirlər.

 

Təlim tam onlayn formatda keçirilir və müəllimlərə öz iş qrafiklərinə uyğun şəkildə öyrənmək imkanı yaradır. Təlimin sonunda iştirakçılar kompüter və internetdən təhlükəsiz, səmərəli və peşəkar istifadə bacarıqlarını inkişaf etdirərək həm beynəlxalq sertifikat imtahanına, həm də müasir tədris prosesinə daha hazırlıqlı olurlar.

 

Dərs strukturu

Təlim nəticəsində iştirakçılar:

Təlim ICDL kompüter və onlayn əsaslar modulunun rəsmi mövzularını əhatə edir və nəzəri biliklərlə praktiki tətbiqin vəhdəti əsasında təşkil olunur.

📌 Modul 1. Kompüter və cihazların əsasları:

* Kompüterlərin növləri və istifadə sahələri
* Avadanlıq və proqram təminatı
* Əməliyyat sisteminin əsas funksiyaları
* Rəqəmsal texnologiyaların gündəlik həyatda tətbiqi

📌 Modul 2. İş masası və faylların idarə edilməsi:

* Windows mühiti ilə işləmək
* Fayl və qovluqların yaradılması, köçürülməsi və təşkili
* Axtarış və məlumatların saxlanılması
* Məlumat daşıyıcılarından istifadə

📌 Modul 3. Şəbəkə və internet texnologiyaları:

* İnternet anlayışı və iş prinsipi
* Veb-brauzerlərdən səmərəli istifadə
* Məlumatın axtarılması və qiymətləndirilməsi
* Onlayn xidmətlər və bulud texnologiyaları

📌 Modul 4. Elektron poçt və onlayn ünsiyyət:

* Elektron poçt hesabının idarə edilməsi
* Məktubların göndərilməsi və qəbul edilməsi
* Qoşmalarla işləmək
* Təqvim və onlayn ünsiyyət vasitələri

📌 Modul 5. Təhlükəsizlik və məxfilik:

* Kibertəhlükəsizlik prinsipləri
* Güclü parolların yaradılması
* Viruslar və zərərli proqramlardan qorunma
* Şəxsi məlumatların mühafizəsi
* Təhlükəsiz internet davranışı

❗ Hər dərsin strukturu:

* Mövzu üzrə nəzəri izah
* Praktiki nümayiş və tətbiq
* Tapşırıqların birgə icrası
* ICDL formatında test suallarının həlli
* Sual-cavab və müzakirə
* Ev tapşırığı və növbəti dərsə hazırlıq

🥰Təlim boyunca iştirakçılar müntəzəm olaraq praktik məşğələlər, sınaq testləri və real iş ssenariləri üzərində çalışaraq beynəlxalq ICDL sertifikat imtahanına sistemli şəkildə hazırlaşırlar.

Təlimçi

Vüsalə Mehtiyeva

Vüsalə Mehtiyeva

Təlimçi

Hər hansı bir sualınız var ?