Təlim haqqında qısa məlumat
Proqramın adı: Tədris prosesində süni zəka texnologiyaları üzrə təlim
Format: online
Müddət: 30 saat
Hədəf auditoriya: Müəllimlər, təlimçilər, akademik heyət
Yönümü: Praktik tətbiq, dərs planlaşdırması, resurs hazırlığı, qiymətləndirmə, süni zəka alətlərindən səmərəli istifadə
Əlavə üstünlük: ICDL Insights Artificial Intelligence beynəlxalq sertifikasiyasına hazırlıq
Təlimin əsas məqsədi
Təlimin məqsədi müəllimlərə süni zəka texnologiyalarının tədris prosesində istifadəsi ilə bağlı fundamental bilik və praktik bacarıqlar qazandırmaq, onları fərdiləşdirilmiş dərs planları və öyrədici resurslar hazırlamağa yönləndirmək, eyni zamanda beynəlxalq sertifikasiya istiqamətində hazırlamaqdır.
Təlimdə nələri öyrənəcəksiniz?
1. Süni zəka nədir?
Bu bölmədə iştirakçılar süni zəkanın əsas anlayışlarını, inkişaf mərhələlərini, ənənəvi texnologiyalardan fərqini və təhsildə niyə bu qədər vacib olduğunu anlayırlar.
2. Süni zəka necə işləyir?
Alqoritmlər, maşın öyrənməsi, neyron şəbəkələri və dərin öyrənmə kimi anlayışlar sadə və anlaşıqlı formada izah olunur. Məqsəd texniki terminləri əzbərlətmək deyil, müəllimin bu sistemlərin məntiqini başa düşməsini təmin etməkdir.
3. Süni zəkanın tətbiq sahələri
İştirakçılar süni zəkanın verilən mədənçiliyi, görüntü tanıma, təbii dil emalı və qərarvermə kimi sahələrdə necə istifadə edildiyini öyrənirlər. Bu hissə müəllimə texnologiyanın real imkanlarını görməyə kömək edir.
4. Risklər, etik prinsiplər və potensial
Təlim yalnız imkanlardan yox, həm də məhdudiyyətlərdən danışır. Süni zəkanın etik tərəfləri, insan qərəzi, sosial təsirləri və düzgün istifadə prinsipləri də proqramın mühüm hissəsidir. Bu da müəllimə texnologiyaya tənqidi və məsuliyyətli yanaşma formalaşdırmağa imkan verir.
5. Tədris prosesində real AI alətlərindən istifadə
Bu bölmə proqramın ən praktik hissəsidir. Burada müəllimlər promt yazma qaydalarını, həmçinin ChatGPT, Redmenta, Gamma, Deepseek, Napkin kimi alətlərdən dərs planı, test, təqdimat, fərdi tapşırıq və layihə hazırlığında necə istifadə etməyi öyrənirlər.
Təlimin sonunda siz:
- süni zəkanın əsas anlayışlarını və mərhələlərini biləcəksiniz;
- maşın öyrənməsi, neyron şəbəkələri və dərin öyrənmə haqqında baza biliklər qazanacaqsınız;
- süni zəkanın tədris prosesində imkanlarını düzgün qiymətləndirə biləcəksiniz;
- promt yazma bacarığı əldə edəcəksiniz;
- AI alətlərindən istifadə edərək dərs materialları, slaydlar, testlər və fərdi tapşırıqlar hazırlaya biləcəksiniz;
- etik və təhlükəsiz istifadə prinsiplərini anlayacaqsınız.